“Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda təlim seminarı keçirilmişdir
08.11.2016 / Xəbərlər8 noyabr 2016-cı il tarixində Fairmont Hotelində Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən "Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda təlim seminarı keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, təlim seminarında inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib.
Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.8 saylı " Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları” laboratoriyasının rəhbəri, t.ü.f.d. Əlizadə Tahir Əli oğlu da iştirak etmişdir və sertifikatla təltif olunmuşdur.
Təlim seminarlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.