12 saylı laboratoriya əməkdaşlarının yeni məqaləsi dərc olunmuşdur
06.01.2015 / Nəşr fəaliyyətiDünya offşor təcrübəsində ilk dəfə olaraq institut əməkdaşları tərəfindən Xəzər regionunun aktual problemlərindən olan Kontrakt Sahənin ətraf mühitinə daxili və xarici ekoloji təsirlərin ayrılmasının həlli təklif edilmişdir.
12 saylı laboratoriya rəhbəri R.Ə.Qarayev və laboratoriya əməkdaşları N.Y. Sadıqova və X.F. İmamverdiyevanın "Current World Environment” (Thomson ISİ) jurnalında məqaləsi dərc olunmuşdur. Məqalənin adı: "Knowledge-Based System for Environmental Monitoring of Contract Areas in the Caspian Sea”. Məqalədə Kontrakt Sahə operatorunun antropogen təsirinin və xarici çirklənmə mənbələrinin təsirinin diferensasiyası məsələsinin qoyuluşu və həll üsulu təklif olunur. Xarici mənbələr qonşu neftqaz işləmələri, munisipal, sənaye və kənd təsərrüfatı tullantıları, palçıq vulkanları, dampinqlər ola bilər. Məsələ SSRİ-nin dağılması, Xəzər şelfində neftqazçıxarma miqyasının böyüməsi, Xəzər dənizinin qapalı olması, regionda mürəkkəb geopolitik şəraitin olması ilə əlaqədar olaraq son dərəcə aktualdır. Dünya offşor təcrübəsində məsələnin analoqu yoxdur.