R.Ə. Qarayevin məqaləsi xarici saytlarda yüksək rəğbətlə qarşılanıb
20.10.2014 / XəbərlərAmerikada aparılan elmi tədqiqatların əksəriyyətinə himayədarlıq edən ABŞ Milli Elm Fondu 2006-cı ildə "NBIC Convergence” hesabatını dərc etmişdir (http://www.wtec.org/ConvergingTechnologies/3/NBIC3_report.pdf). "NBIC Convergence” (N – nanotexnologiya, B – biotexnologiya, İ – informasiya texnologiyası, C – koqnitiv texnologiyalar) adlanan bu hesabat yaxın 50 ildə dünya elminin əsas trendlərini təyin etmişdir. İnformasiya texnologiyaları inqilabı 60-cı illərdə başlamış, biotexnologiyalar 90-cı illərdə, nanotexnologiyalar isə bu əsrin əvvəllərində sürətlə inkişaf etmişdir. Bu gün koqnitiv texnologiyalar, həmçinin, müxtəlif təbiətli mürəkkəb obyektləri idarəetmə koqnitiv texnologiyalar sürətlə inkişaf etməyə başlayır.
Koqnitiv texnologiyalar müasir idarəetmə elminin yeni paradiqmasını əks etdirir və elmi-texniki tərəqqidə yeni dövrü göstərir. Əgər 20-ci əsr "xaytek” əsri idisə, 21-ci əsri amerika alimləri "xayxyum” əsri kimi təyin edirlər.
Qarayev Robert Əsədulla oğlunun rəhbərlik etdiyi 12 saylı laboratoriya 2001-ci ildən koqnitiv texnologiyalar ilə məşğul olur. 2003-cü ildə koqnitiv texnologiyalar sahəsində gördüyü işlərə görə Qarayev R.Ə. Rusiya Elmlər Akademiyasının Diplomuna və akad. N.P. Fedorenkanın İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunu qrantına layiq görülmüşdür. Ötən illərdə onun koqnitiv mövzu üzrə ABŞ-ın, Böyük Britaniyanın, Hindistanın, Avstraliyanın, Rusiyanın jurnallarında, o cümlədən, ISI Indexed (Thomson Reuters) jurnallarında 20-dən çox məqaləsi dərc olunmuşdur.
R.Ə. Qarayevin «ПРОБЛЕМЫ ТЕОРИИ И ПРАКТИКИ УПРАВЛЕНИЯ», № 4, 2012-ci il tarixli jurnalında dərc olunan "Когнитивные инструменты менеджмент-консалтинга” məqaləsi bu yaxınlarda aşağıdakı rus saytlarında yerləşdirilmişdir:
● http://lnmxmid.hol.es/karaev-r-a-kognitivnyie-instrumentyi-menedjment-konsaltinga.html
● http://wybymig.allalla.com/karaev-r-a-kognitivnyie-instrumentyi-menedjment-konsaltinga.html
(search: караев р а когнитивные инструменты менеджмент-консалтинга).
Yükləmələrin sayı: 51097
Təşəkkürlərin sayı: 40657
Məqaləyə tələbələr və elmi işçilər tərəfindən verilən bəzi rəylər "отзывы-караев р а когнитивные инструменты” faylında göstərilir (buranı basmaq)
Təkcə bu məqaləyə görə sayt sahibləri 70 min manatdan çox gəlir əldə ediblər.
Məqalə Rusiyanın, Ukraynanın, Qazaxstanın qabaqcıl ali məktəblərinin kitabxana saytlarında yerləşdirilmişdir.