Qazaxıstanda keçirilən IX İnnovasiya Konqresində iştirak
24.05.2014 / Xəbərlər20-24 may 2014-cü il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutu "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, i.e.d., professor Y.H.Həsənli Qazaxstan Respublikasının paytaxtı Astana şəhərində elmi ezamiyyətdə olmuşdur. O, bu müddət ərzində, 150 ölkədən 10 minə yaxın nümayəndə, o cümlədən dövlət və hökümət başçıları, tanınmış siyasi və ictimai xadimlər, beynəlxalq təşkilat və korporasiyaların rəhbərləri, həmçinin aparıcı alimlər və Nöbel mükafatı laureatları qatıldığı VII Astana İqtisadi Forumunda; eksperti olduğu "Texnoloji inkişaf üzrə Milli Agentlik”in təşkil etdiyi "IX İnnovasiya Konqres”ində iştirak etmiş və Qazaxstan Respublikasının İqtisadi Tədqiqatlar İnstitutunun elmi seminarında "Neft-qaz ehtiyatlarının istismarının dayanıqlı inkişafa təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Seminar iştirakçıları mövzu üzrə alınmış nəticələri yüksək qiymətləndirmiş, və İnstitutun elmi rəhbəri, i.e.d., professor Saylan Bayzakov işə müsbət rəy yazaraq alınmış nəticələrin neft-qaz ehtiyatları ilə zəngin olan ölkələrdə, o cümlədən Qazaxstanda, tətbiq olunması üçün yararlı ola biləcəyini qeyd etmişdir. Onu da qeyd edək ki, işdə K.Marks sxemi modifikasiya olunaraq neft-qaz ehtiyatlarının istismarının dayanıqlı inkişafa təsirinin ədədi qiyməti müəyyənləşdirilmişdir.