Bibiheybət neftqazçıxarma idarəsinin obyektlərində
24.04.2014 / Xəbərlər Bibiheybət neftqazçıxarma idarəsinin 35 neftçıxarma obyektində, İnstitutun XKB tərəfindən yaradılan "Dərinlik neftçıxarma avadanlığlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən yeni nəsil robast noise monitorinq sistemi"nin eksperimental variantı hazırlanmış və tətbiq edilmişdir. Sistem elektrik enerjisinə 50%-dən çox qənaət etməyə, neftçıxarma avadanlığının təmirarası vaxtının xeyli artırmağa və rentabelliyi 2 dəfədən çox yaxşılaşdırmağa imkan verir. AzNeft birliyindən sistemin səmərəliyini təsdiq edən akt alınmışdır və onun istehsalı və başqa neftçıxarma idarələrində tətbiqi məqsədəuyğun hesab edilmişdir.