İ.Məmmədov 3 xarici jurnalda redaksiya heyətinin üzvü seçildi
03.09.2013 / XəbərlərAMEA Kibernetika İnstitutunun Gənc Alimlər Şurasının sədri, institutumuzun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Qürbət oğlu Məmmədov Amerika Birləşmiş Ştatlarında (Science and Education Publishing , USA) dərc olunan və tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən üç müxtəlif jurnalda redaksiya heyətinin üzvü seçilmişdir:
1) "American Journal of Applied Mathematics and Statistics"
(link: http://www.sciepub.com/journal/AJAMS/EditorialBoard#.UiSBrtLwli0)
2) "Applied Mathematics and Physics"
(link: http://www.sciepub.com/journal/AMP/EditorialBoard#.UiSCM9Lwli0)
3) "Journal of Mathematical Sciences and Applications"
(link: http://www.sciepub.com/journal/JMSA/EditorialBoard#.UiSCt9Lwli0)
Qeyd edək ki, bundan əvvəl də yəni 2013-cü ilin may ayında üç il müddətinə İlqar Qürbət oğlu Məmmədov Amerika Birləşmiş Ştatlarında (Horizon Research Publishing, USA) dərc olunan "Universal Journal of Computational Mathematics" (link: http://www.hrpub.org/journals/jour_editorialboard.php?id=24) jurnalında da redaksiya heyətinin üzvü seçilmişdir.
Beləliklə hal-hazırda o,qeyri-klassik sərhəd məsələləri sahəsində dünyanın tanınmış və aparıcı alimlərinin praktik olaraq tam dəstəyini alaraq, vətənimizin sərhədlərindən kənarda-dörd xarici jurnalın redaksiya heyətində AMEA Kibernetika İnstitutunu şərəflə təmsil edir.
İnformasiya- kommunikasya texnologiyalarınin tətbiqi ilə Azərbaycan Elminin sürətlə Dünya Elminə inteqrasiyası və qloballaşması şəraitində bu həm AMEA Kibernetika İnstitututu üçün ,həm də, Azərbaycan elmi ictimaiyyəti üçün 2013-cü il "İKT” ilində çox mühüm hadisələrdən biridir!