AMEA prezidenti, akademik A.Əlizadə İnstitutumuzun qonağıdır
21.05.2013 / Xəbərlər21 may 2013-cü ildə AMEA prezidenti, akademik Akif Əlizadə Kibernetika İnstitutunun qonağı oldu. İnstitutun direktoru, akademik Telman Əliyev Kibernetika İnstitutunda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. İnstitut əməkdaşlarının əldə etdikləri nəaliyyətləri, patentləri, çap etdirdikləri monoqrafiyaları, xaricin nüfuzlu jurnallarında dərc olunmuş məqalələri, Kibernetika İnstitutunun təklif etdiyi layihələri, hazırladıqları cihazları, qurğuları və başqa materialları əks etdirən sərgi ilə AMEA prezidentini tanış etdi.
Anomal seysmik proseslərin qeyd edilməsi üçün Kibernetika İnstitutunda quraşdırılan RNM ASP stansiyasının maketi və telemetrik seysmostansiyaların iş prinsipi və zəlzələnin baş verəcəyi zonaların parametrlərinin qeydə alınması prinsipi akademik A.Əlizadənin marağına səbəb oldu.