Azərbaycan-Avropa Birliyinin alt kömitəsinin Bakıda iclasında iştirak
10.02.2012 / Xəbərlər9-10 fevral 2012-ci il tarixlərində Kibernetika institutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri Tofig Babayev Azərbaycan-Avropa Birliyinin İctimai məsələlər, Səhiyyə, Tədris, Təhsil və Gənclik, Mədəniyyət, İnformasiya Cəmiyyəti və Audiovizual Siyasət, Elm və Texnologiya üzrə birgə alt komitəsinin Bakıda keçirilən birinci iclasında iştirak etmişdir.
"Tədqiqatçıların mübadiləsi və digər üsullarla Azərbaycanda elmi tədqiqatların potensialının artırılması” bölməsində çıxış edərək Babayev Milli Təmsilçi qismində 2009-2011-ci illərdə Azərbaycanda elmi potensialın artırılması istiqamətində apardığı işlərdən, o cümlədən Avropanın Tədqiqatlar Məkanı barədə məlumatın yayılması məqsədi ilə keçirilən konfranslarvə təlimlər barədə ətraflı məlumat verdi və iclas iştirakçılarının AB-nin 7FP-çərçivə proqramları barədə suallarına cavab verdi.