“Dövlət strukturlarının rəhbər işçiləri üçün İKT-nin əsasları Akademiyası”nın1-ci və 2-ci Modulları üzrə Məlumat-Təlim sessiyasında iştirak
07.02.2012 / XəbərlərKibernetika institutunun "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri Tofig Babayev "Dövlət strukturlarının rəhbər işçiləri üçün İKT-nin əsasları Akademiyası”nın1-ci və 2-ci Modulları üzrə Məlumat-Təlim sessiyasında iştirak etmişdir. Təlim 6-7 fevral 2012-ci il tarixlərində Bakıda BMT-nin Asiya və Sakit Okean üzrə İnkişaf üçün İKT Tədris Mərkəzinin/Asiya və Sakit Okeanda İqtisadi və sosial məsələlər üzrə komissiyanın (UN-APCICT/ESCAP) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.
6 fevralda keçirilən məlumat sessiyasında T.Babayev Akademiyanın 9-cu (Fəlakət zamanı risklərin idarə edilməsi) və 10-cu(İKT və iqlim dəyişkinliyi) Modulları üzrə təqdimat etmişdir. AMEA-nın Kibernetika İnstitutu tərəfindən işlənən anomal seysmik proseslərin monitorinqini həyata keçirən RNM ASP stansiyaları şəbəkəsi və baş verəcək zəlzələlərin vaxtının müəyyən edilməsi üçün yaradılmış monitorinq sisteminin fəaliyyəti Azərbaycanda təbii fəlakət zamanı risklərin idarə edilməsində İKT-dən istifadənin nümunəsi kimi nümayiş etdirilmişdir.