Dissertasiya işinin müdafiəsi keçirilmişdir
08.04.2016 / Dissertasiya şurasının iclasları8 aprel 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilmişdir.
AMEA-nın müxbir üzvü, t.e.d., professor A.Z.Məlikovun rəhbərliyi ilə Həsənov Pərviz Adil oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Təkrar istehsalat sistemlərində logistik proseslərin riyazi modellərinin qurulması" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib.