Vikipediya təlimçilərinə sertifikatlar təqdim olundu
04.05.2017 / Xəbərlər4 may 2017 –ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasnın Rəyasət Heyyətində İnformatika Texnologiyaları İnstitutunun Viki Mərkəzi tərəfindən təşkil olunmuş iclas keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açdı və iştirakçılara Vikipediya işi ilə bağlı tövsiyələr verərək onları bu işdə daha da fəal və aktiv olmağa çağırdı.
İclasın sonunda Vikipediya üzrə təlim kursunu bitirmiş əməkdaşlara sertifikatlar təqdim edildi. İdarəetmə Sistemləri İnstitutunun bir qrup əməkdaşıları da Vikipediya kurslarını bitirmış və sertifikatla təltif olunmuşlar.