AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri R.Ə. Qarayevin kitabı Moskvada qırx il sonra yenidən çap olundu
05.03.2019 / Xəbərlər“Сбор и передача информации в АСУ трубопроводами” (https://search.rsl.ru/ru/record/01006982021) kitabı 1975-ci ildə Moskvada “Energiya” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Kitabda magistral boru kəmərlərinin (neft boru kəmərlərinin, hasilat boru kəmərlərinin, qaz boru kəmərlərinin) idarəetmə sistemlərində telemexanik kanalların etibarlılığı və səs-küy toxunulmazlığı probleminə baxılır.
Müəllifin əldə etdiyi nəticələr SSRİ-də ilkin olan ЦДС-64 və TM-100 “Trassa” boru kəmərləri üçün telemexanik komplekslərin işlənməsində istifadə edilmişdir. Qarayev R.Ə. bu kompıekslərin aparıcı tədqiqatçılarından biri olmuşdur. Bu tədqiqatda azərbaycanlı alimlərlə yanaşı Moskva, Leninqrad və Serck Controls ingilis şirkətindən olan mütəxəssislər də iştirak etmişlər.
“Сбор и передача информации в АСУ трубопроводами” kitabı 40 il sonra “EE-Media”, “Let Me Print” və “Книга по требованию” nəşriyyatları tərəfindən Moskvada təkrar nəşr olunmuşdu (https://bazarknig.ru/book/2418216), (http://www.libring.ru/books/2682291), (https://www.kadayawan.com/5458312023/Сбор-и-передача-информации-в-АСУ-трубопроводами).
Kitabın yenidən nəşt olunmasını “Let Me Print” nəşriyyatı belə izah etmişdir:
“ R.Ə. Qarayevin «Сбор и передача информации в АСУ трубопроводами» kitabı ilk dəfə 1975-ci ildə çap olunan kitabın surətidir. Kitab səhifə-səhifə orijinala yaxın olan bir formada zövq almaq üçün bərpa olunmuşdur. Bu kitab çap texnologiyasından istifadə etməklə tələb üzrə yenidən çap olunmuşdur. Klassik ədəbiyyata dəstək üçün təşəkkür edirik”.
Hal hazırda kitab dissertasiya işlərində və Rusiya, Belarusiya, Ukrayna ali məktəblərinin metodik təlimatlarında istifadə olunur, ali məktəblərin kitabxana fondlarına daxil edilib.