Akademik Asəf Hacıyevin İstanbul Koç Universitetində çıxışı
14.03.2017 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun "Stoxastik idarəetmə və tətbiqi statistika” laboratoriyasının müdiri, akademik Asəf Haciyev Martın 14-də İstanbulda Koç universitetinin Riyaziyyat bölməsinin dəvəti ilə "Ehtimal nəzəriyyəsinin nəqliyyat məsələlərində tətbiqi” mövzusunda çıxış etmişdi. Çıxış zamanı Ehtimal nəzəriyyəsinin geniş tətbiqindən məlumat verilmiş və nəqliyyatda baş verən bir neçə gözlənilməz (paradoksal) nəticələrin ehtimal nəzəriyyəsi baxımından izahı müzakirə olunmuşdur. Tətbirdə universitetin müxtəlif bölmələrinin professor-müəllim heyəti, doktorantlar və magistrlar iştrak etmişlər.