İSİ-də Gənc Alimlər və Mütəxəssislər şurasının növbəti iclası keçirilmişdir
14.03.2017 / Xəbərlər14 mart 2017-ci il tarixində AMEA İdarəetmə sistemləri İnstitutunda Gənc Alimlər və Mütəxəssislər şurasının növbəti iclası keçirilmişdir. İclasda Gənc Alimlər və Mütəxəssislər şurasının sədri r.ü.f.d. Məstəliyev Rəşad çıxış edərək, 2017-ci il üçün iştirakçılara şuranın fəaliyyət planı haqqında geniş məlumat vermişdir. Sədr gəncləri keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq konfrans barəsində məlumatlandırmış və konfrasda iştirak etməklərini tovsiyə etmişdir. Tədbirdə şuranın üzvləri ilə yanaşı BDU-nun Tətbiqi riyaziyyat və Kibernetika fakultəsinin tələbəri də iştirak etmişdirlər.