Axundova Elmira Məmmədəli qızı “Qızıl” medalla təltif edildi
08.11.2016 / Xəbərlər8 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda İSİ-nin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Axundova Elmira Məmmədəli qızı Avropa Nəşr Evinin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl medalı” ilə təltif olunmuşdur. Bu medalla texniki sahədə elmi yenilikləri olan, samballı jurnallarda məqalələri çap olunan alimlər təltif edilirlər.