Qafqaz Universitetində İLO – 2016 İnformatika Layihə Olimpiadası keçirildi
11.06.2016 / Xəbərlər11 iyun 2016-il tarixində Qafqaz Universitetində İLO – 2016 İnformatika Layihə Olimpiadası keçirilmişdir.
Olimpiadanın keçirilməsinə Rabitəvə Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və İstək Liseyləri təşkilati dəstək vermişdirlər.
İLO – 2016 İnformatika Layihə Olimpiadasının açılış mərasimində Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru dr. Natiq Paşa qonaqları salamlayıb. Layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, burada sərgilənən layihələr böyük kəşflərə doğru atılan addımlardır.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov da çıxışında bildirib ki, informatika bir elm kimi gənc olsada dünyada bütün sahələrin inkişafında xüsusi rola malikdir.
BDU-nun dosenti Ramin Mahmudzadə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimlər Elmi Şurasının Sədri, t.ü.f.d., dosent Samir Rüstəmov, Qafqaz Universitetinin dekanı Xəlil İsmayılov da çıxış edərək layihənin əhəmiyyətindən, olimpiadanın ölkəmizdə bu sahənin inkişafına dəstək olmasından danışiblar.
Bir gün davam edəcək olimpiadanın final mərhələsində yer tutan layihələr qiymətli hədiyyə və sertifikatlara təltif olunublar.