Akademik Asəf Haciyev Siçuan və Hong-Kong Politexnik universitetlərinin dəvəti ilə Çində ezamiyyətdə olmuşdur
02.10.2017 / XəbərlərAMEA-nın İdarəetmə Sistemləri institutunun şöbə müdiri, akademik Asəf Haciyev Siçuan (Çengdu ş.) və Hong-Kong Politexnik universitetlərinin dəvəti ilə 25-30 sentyabr 2017-ci il tarixlərində Çində ezamiyyətdə olmuşdur.
Sentyabrın 26-27 tarixlərində akademik Asəf Haciyev Siçuan universitetində məruzələrlə çıxış edib, ehtimal nəzəriyyəsi sahəsində aldığı son nəticələri təqdim etmişdi.
Sentyabrın 28-29 tarixlərində Asəf Haciyev üzvü olduğu Siçuan universitetinin Beynəlxalq Məsləhətçilər Şurasının 2-ci iclasında çıxış etmişdir.
Siçuan universitetinin Beynəlxalq Məsləhətçilər Şurası 2016-cı ildə yaradılıb və 20 ölkədən olan (ABŞ, Kanada, C.Koreya, İtaliya, Yaponiya, Azərbaycan və d.) 50 tanınmış alimlərdən ibarətdir. Şuranın məqsədi Çində elmin və təhsilin inkişafına dəstək olmaq, beynəlxalq elmi əlaqələri genişləndirib dünya standartlarına uyğunlaşdırmaq və Çinin aparıçı universitetlərindən biri olan Siçuan universitetini yüksək reytinqli, dünyanın aparıcı universitetlərindən birinə çevirməkdir.
29 sentyabrda akademik Asəf Haciyev Siçuan universitetinin Talantların İnkişafı Strategiyası Komitəsinin Baş Məsləhətçisi vəzifəsinə seçildi.
Sentyabrın 30-da Asəf Haciyev Hong-Kong Politexnik universitetində Statistik Kriterilərin Effektivliyi mövzusunda çıxış edib və bu sahədə aldığı son nəticələri təqdim etmişdir.