“Respublika İnnovasiya müsabiqəsi“ mövzulu məlumat xarakterli təqdimat mərasimi
21.11.2017 / Xəbərlər21 noyabr 2017-ci il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında “Respublika İnnovasiya Müsabiqəsi” mövzulu məlumat xarakterli təqdimat mərasimi keçirildi. Bu mərasim AMEA YT Parkı, ASAN xidmət və İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmişdir. Tədbirdə İSİ-nin əməkdaşları - “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin müdiri Tofiq Babayev, elmi işçilər Valeriya Puşnova, Sevinc Babayeva və baş laborant İradə İsmayılova iştirak etdilər.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev isə ASAN xidmətin "İdea Bank"ı layihəsinə dair təqdimatlarla çıxış etdilər. Tədbirin sonunda iştrakçıların sualları cavablandırıldı.