AMEA-da elmi jurnalistikanın inkişafı və bu sahədə mövcud problemlər müzakirə edildi
04.12.2017 / Xəbərlər 30 noyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.
Məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.
AMEA İSİ-nin "Elmi-texniki informasiya və patent tədqiqatları ”şöbəsinin rəhbəri Əsədova Rəna da müşavirə iştirak etmişdir.