AMEA-da “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib
22.11.2017 / Xəbərlər Noyabrın 22-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin, Gənc Alim və Mütəxəssislər Şurasının və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Müasir elm gənclərin baxışı ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan, onların elmə cəlb edilməsində görülən işlərdən danışıb. O, müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çKonfrans çərçivəsində akademik institutların, elm-istehsalat müəssisələrinin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərinin iştirakı ilə “Elmi məktəblər və fundamental elmi axtarışlar”, “Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli”, “Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı”, “Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri” mövzuları ətrafında müzakirələr aparılıb.evrildiyi vurğulayıb.
AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimlər və Mütəxəsisslər Şurasının 6 üzvü də həmin konfransda iştirak ediblər.