“İKT innovasiyası və ekosistemlərinin star-up” seminarı
07.12.2017 / Xəbərlər06-07 dekabr 2017-ci il tarixlərində TAIEX MultiCountry “ İKT innovasiyaları və ekosistemlərinin start-up” mövzusunda Şərqi Tərəfdaşlıq ölkələrinin Avropa Komissiyası tərəfindən təşkil edilmiş seminarı keçirilmişdir. Seminarda Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Rumıniya, Belçika və İspaniya nümayəndələri iştrak etmişlər. Seminarda Şərqi Tərəftaşlıq ölkələrinin İKT innovasiya və start-up ekosistemlərinin vəziyyətinə həsr edilmiş sorğunun nəticələri müzakirə edilmişdir. 2018-ci il üçün iş planı təsdiq edilmiş və 2020-ci ilə kimi əsas hədəflər təyin edilmişdir. Seminarın işində Azərbaycan nümayəndəliyinin tərkibində İSİ-nin “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev da iştrak etmişdir.