AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələrinin illik hesabatı dinlənilib
08.12.2017 / Xəbərlər08 Dekabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan hesabat yığıncağı davam edib. İclası açan Şuranın sədri, dosent Famin Salmanov bildirib ki, bu günki toplantının gündəliyinə 2 elmi bölmənin hesabatının dinlənilməsi daxil edilib. Şura sədri onu da qeyd etdi ki, bölmə hesabatlarına Azərbaycan gənc alimlərinin I Qurultayından sonra keçiriləcək növbəti iclasda GAMŞ Fizika-Riyaziyyat və Texnika, eləcə də Yer elmləri bölmələrinin hesabat təqdimatı ilə yekun vurulacaq.
GAMŞ İdarə Heyətinin üzvləri hər iki bölmənin hesabatları haqqında öz rəy və təkliflərini səsləndirdilər. İclasda AMEA İSİ Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aygün Əliyeva və Sevinc Babayeva da iştirak etmişdirlər.
Sonda şura üzvləri hesabatları yekdilliklə qəbul etdilər.