İSİ əməkdaşının WIPO akademiyasının təlim seminarında iştirakı
26.02.2018 / Xəbərlər AMEA İSİ-nin "Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Aygün Əliyeva 19-23 fevral 2018-ci il tarixində "AzPatent”in nəzdində olan Təlim mərkəzində Beynəlxalq Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən təşkil olunmuş "Modul 4: "Geographical Indications and other forms of protection” mövzusunda təlim kursunda iştirak etmişdir.
A.Əliyeva kursun sonunda "Gooğrafi göstəricilər sisteminin Azərbaycanda istifadə olunmasının pozitiv iqtisadi, sosial və ekoloji təsirləri ” mövzusunda prezentasiya ilə çıxış etmişdir və «WIPO akademiyasının təlimatçı hazırlığı» tam təlim kursunu bitirmişdir.