Akademik Asəf Haciyev City Universitetinin dəvəti ilə Hong-Kongda ezamiyyətdə olmuşdur
26.04.2018 / XəbərlərAMEA-nın akademiki Asəf Haciyev 23-26 Aprel 2018-ci il tarixlərində Hong-Kongda, City Universitetinin dəvəti ilə ezamiyyətdə olub, universitetin seminarında çıxış edib və birgə tətqiqatlar aparıb. 23 Aprel tarixində akademik Asəf Haciyev Universitetin Elmi seminarında ”Mürəkkəb Stoxastik Texniki Sistemlərdə İdarə etmə və Optimallaşdırma Məsələləri və onların Tətbiqi” mövzusunda çıxış edərək bu sahədə aldığı son elmi nəticələri və onların tətbiqi haqqında məlumat və verilən suallara cavab verib.
24-26 Aprel tarixlərində akademik A.Haciyev ABŞ-ın G.Washington universitetinin professoru Nozer Singpurwalla və Yaponiyanın Hiroshima universitetinin professoru Masaaki Kijima ilə ehtimal nəzəriyyəsinin müxtəlif istiqamətlərində olan aktual problemləri müzakirə edtilər və birgə elmi araşdırmalar aparmağa razılaşdılar.