İSİ-nin Əməkdaşı Formula1-2018 yarışının könüllülər proqramında iştirak etmişdi
30.04.2018 / Xəbərlər27-29 Aprel 2018-ci il tarixində Bakıda ilk dəfə Formula1 Azərbaycan Qran Pri yarışları keçirilib. Paytaxt küçələri bu günlərdə idman və mədəniyyətin parlaq bayram məkanına çevrilmişdir.
01 yanvar 2018-ci ildən 01 fevral 2018-ci il tarixinə qədər 10 mindən artıq könüllü Formula1 yarışlarının təşkilində iştirak etmək istəyi ilə ərizə təqdim etmişdir. Qeydiyyatdan keçənlər Könüllülər mərkəzinə müsahibə üçün dəvət olundular. Müsahibədən uğurla keçmiş iştirakçılar yarışlara hazırlıq məqsədi ilə xüsusi seminar və treninqlərdə iştirak etmişlər. Beləliklə, 5 min könüllü seçildi, və onların arasında İSİ əməkdaşı Babayevə Sevinc da var idi. Babayeva Sevinc yarış zamanı gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edən 1500 iştirakçıdan ibarət qrupa "Marschall Scrutineering" mövqeyinə dəvət olunmuşdur.
Bakıda Formula1 Azərbaycan Qran-pri yarışları dövlət səviyyəsində təşkil olunmuşdur ki, buda layihənin statusunu və ölkə üçün kəsb etdiyi vacibliyini vurğulayıb. Azərbaycan bir daha sübut etdi ki, mühüm iri miqyaslı beynəlxalq layihələri ən yüksək səviyyədə təşkil edib və keçirdməyə qadirdir!