25-ci NEM Baş Assambleyası
30.05.2018 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əqələr və İnnovasiya” şöbəsinin rəhbəri, HORİZİN 2020 proqramının Qanunvericilik və Maliyyə aspekti üzrə Milli təmsilçi (Legal&Financial NCP HORIZON 2020), NEM səfiri T. Babayev 30 may 2018-ci ildə Belçika, Brussel şəhərində NEM (New European Media (Yeni Avropa Media) Təşəbbüsünün 25-ci Baş Assambleyasında iştrak edib.
NEM Təşəbbüsü Avropa Texnoloji Platformalarından biri olaraq, Yeni Avropa KİV-ləri üçün media, kontent, yaradıcı sənaye, sosial şəbəkələr, yayım və telekomunikasiyalar sahələri arasında konvergensiyanı (yaxınlaşmanı) genişləndirmək məqsədi ilə öz fəaliyyətini rəqəmsal təcrübəninin gələcəyinin stimullaşdırılmasına yönəltmişdir.
Assambleyanın proqramına AK-nın nümayəndələrinin təqdimatı, 2018-ci il üşün MEM SRİA-nın (Strateji və İnnovasiyalar Tətqiqatlarının Proqramının) təsdiqi, NEM-in yeni rəhbər orqanlarının üzvlərinin seçilməsi, NEM-in 2018-2020 illər və FP9 Çərçivə proqramı üçün Elmi tədqiqat və innovasiya yol xəritələrinin müzakirəsi, NEM informasiya sənədlərinin təqdimatı, xüsusi mövzular üzrə təqdimatlar və NEM səfirlərinin təqdimatı daxil idi.
NEM Təçəbbüsünün Avropa üzrə olan1100-dən artıq üzvünün arasından seşılmış 9 NEM səfirinin biri kimi T. Babayev NEM Texnoloji Platformasının fəaliyyətinin təkmilləşdirilməsi və AB-yə daxil olmayan üçüncü ölkələrin, o cümlədən Azərbaycan tədqiqatçılarının NEM layihələrində iştirakının genişləndirilməsi üçün təkliflərlə çıxış etdı.