EU4Digital şəbəkə üzrə eskills 4-ci seminar keçirilib
12.06.2018 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əqələr və İnnovasiya” şöbəsinin rəhbəri, HORİZİN 2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020), NEM səfiri T. Babayev 11-12 iyun 2018-ci tarixlərində Latviyanın Riga şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının İqtisadi inteqrasiaa və Aİ siaasəti ilə uağuunlaşmaa paneli çərçivəsində Harmonisation of Digital Markets (HDM) “Rəqəmsal bazarların uyğunlaşdırılması” təşəbbüsünün elektron bacarıq " EU4Digital e-skills şəbəkəsinin 4-cü seminarında iştirak etdi.
Seminarın əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri və AB-i arasında orta və kiçik sahibkarların rəqəmsəl biliklərinın inkişaf etdirilməsinə köməklik göstərmək, qabaqcıl iş təcrübəsi ilə bölüşmək , həmçinin Şəbəkənin 2018- il üçün İş Planın həyata keçirilməsini qiymətləndirmək və 2018-2020 ci illər üzrə həyata keçiriləçək layihə təkliflərinin müzakirəsinə həsr edilmişdi.
Azərbaycan nümayəndə heyətinin tərkibinə T.Babayev, NRvəYTN-nin electron Hökumət Tədris Mərkəzinin direktoru Rauf Cabbarov və NRvəYTN-nin nümayəndəsi Aysel Qəribzadə daxil idilər.
Seminarda R. Cabbarov Azərbaycanda e-skillsin mövcud vəziyyətinə aid prezentasiya ilə çıxış etdi. T. Babayev müzakirələrdə iştrak edərək 2018-2020 illər üçün iş planının tərkibinə daxil olan layihələr haqqında təkliflər irəli sürdü. irəli sürüb. AB-i ölkələrindən olan ekspertlər AB-də rəqəmsəl biliklərin inkşafına aid prezentasiyalar təqdim ediblər. Seminarda Aİ-nın Harmonisation of Digital Markets (HDM) “Rəqəmsal bazarların uyğunlaşdırılması” proqramının koordinatoru cənab Vassilis Kopanos iştirak etdi.