İdarəetmə Sistemləri İnstitutunun magistrantı Nəcəfova Lamiyə Həmzə qızı “Magistr-2018” müsabiqəsinin həvəsləndirici mükafatına layiq görülmüşdür
29.06.2018 / XəbərlərAMEA prezidentinin 23 yanvar 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2018” müsabiqəsi keçirilib.
AMEA prezidentinin 07 iyun 2018-ci il tarixli sərəncamına əsasən “Magistr-2018” müsabiqəsinin nəticələrinə görə İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Nəcəfova Lamiyə Həmzə qızı həvəsləndirici mükafata layiq görülmüş və AMEA Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən sertifikat və 300 manat məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır.