Dissertasiya işlərinin müdafiəsi keçirilmişdir
06.07.2018 / Dissertasiya şurasının iclasları06 iyul 2018-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 1.121 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda t.e.d., prof., AMEA-nın müxbir üzvü Əminağa Bəhmən oğlu Sadıqovun rəhbərliyi ilə Əbdiyeva-Əliyeva Günay Əlişan qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi “FÖVQƏLADƏ HALLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASINDA QƏRAR QƏBULUNUN İNFORMASİYA TƏMİNATI” və riyaziyyat elmləri doktoru, professor Knyaz Şiraslan oğlu Məmmədovun rəhbərliyi ilə Məmmədova Ayla Hüseyn qızının riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi “ƏMSALLARI İNTERVALLAR ŞƏKLİNDƏ VERİLƏN TAMƏDƏDLİ PROQRAMLAŞDIRMA MƏSƏLƏLƏRİNİN SUBOPTİMİST VƏ SUBPESSİMİST HƏLLƏRİNİN QURULMASI ÜSULLARI” mövzular üzrə dissertasiya işlərinin müdafiəsi keçirilmişdir.