İSİ əməkdaşının Beynəlxalq Konfrasda iştirakı
14.09.2018 / XəbərlərAMEA ISI-nin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dos. Ömərova Könül Kamal qızı iyul ayının 03-06 tarixlərində Türkiyənin İstanbul şəhərində keçrilən «Dünya riyaziyyatçılarının İstanbul görüşü» adlı riyaziyyat üzrə Beynəlxalq konfransda iştirak etmiş, bölmələrin birinə rəhbərlik etmiş və"Gecikdirən ekranlı Semi-markov dolaşma prosesinin riyazi modelinin kəsr tərtibli diferensial tənlik vasitəsilə təsviri ” mövzusunda məruzə ilə çıxış etmişdir.