Rəqəmsal bazarların harmonizasiyası üzrə üçüncü panel
20.09.2017 / Xəbərlər19-20 sentyabr tarixlərində Brüsseldə rəqəmsal bazarların harmonizasiyası (3rd EaP Panel on Harmonisation of Digital Markets) üzrə 3-cü panel keçirilmişdir. Panelin məqsədi 2016-cı ilin oktyabrından HDM sahəsində baş verən tərəqqini və 5 oktyabr 2017-ci ildə Tallinn, Estoniyada keçiriləcək Rəqəmsal İqtisadiyyat 2-ci Nazirlər Yığıncağının hazırlığı çərçivəsində 2018-ci ilin planlarını təqdim və müzakirə etməkdən ibarət idi.
Azərbaycanı paneldə təmsil ediblər:
1. İsbəndiyar Əliyev, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elm, Texnologiya və İnformasiya Cəmiyyətinin İnkişafı” şöbəsinin müdiri, HDM üzrə milli koordinator
2. Cəlal Rəhimov, Azərbaycan Yüksək Texnologiyalar Parkının direktor müavini, EU4Digital: ICT Innovation koordinatoru;
3. Tofiq Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun "Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin rəhbəri, Azərbaycanda FET & ICT NCP HORIZON2020, EU4Digital:Etrade şəbəkəsinin eksperti , Azərbaycanda HDM üzrə əlaqələndirici şəxs.
HDM-ın 3-cü panelinin iştirakçıları EU4Digital:eTrade, eHealth, ICT Innovation, Trust & Security, eSkills və Telecom üzrə nailiyyətləri və şəbəkələrin planlarını, həmçinin bu şəbəkələrin işiylə bağlı cari tədqiqatların ilkin nəticələrini müzakirə etdilər:
1.Şərq əməkdaşlığı regionunda elektron logistika və rəqəmli nəqliyyat dəhlizləri daxil olmaqla Elektron ticarət (eTrade) üzrə tədqiqatlar;
2. Şərq əməkdaşlığı regionunda elektron səhiyyə (eHealth) üzrə tədqiqatlar;
3. İKT (ICT innovation) və VP regionunda startap-ekosistemlər sahəsində innovasiyalar üzrə tədqiqatlar;
4. Şərq əməkdaşlığı regionunda vəziyyətin icmalı: təhlükəsizlik və kiberməkanın və elektron demokratiyanın (eDemocracy) təhlükəsizliyi
5. Roumingə aid beynəlxalq qiymətləndirmənin harmonizasiyası və Şərq əməkdaşlığı regionunda rouming tariflərinin azalmasına üzrə tədqiqat
Nəhayət, iştirakçılar rəqəmsal iqtisadiyyat məsələləri üzrə 2-ci Nazirlər Müşavirəsinin bəyannaməsinin layihəsini müzakirə etdilər və razılaşdırdılar.