Akademik Asəf Haciyev Çin Siçuan Universitetinin dəvəti ilə elmi ezamiyyətdə olmuşdur
17.09.2018 / Xəbərlər
AMEA-nın Idarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Haciyev 11-15 Sentyabr 2018-ci il tarixlərində, Çində, Siçuan Universitetinin dəvəti ilə elmi ezamiyyətdə olmuşdu.
12 Sentyabr akademik Asəf Haciyev Siçuan universitetində “Stoxastik Maliyyə Riyaziyyatının Əsasları” mövzusu ilə çıxış etmişdi.
13-14 Sentyabr tarixlərində Asəf Haciyev üzvü olduğu Siçuan universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının Üçüncü Plenar iclasında iştrak edib çıxış etmişdi.
Siçuan universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurası 2016-cı ildə yaradılıb və dünyanın 40-yaxın aparıcı alim və elm xadimlərindən ibarətdir. Şuranın tərkibinə 3 Nobel mükafatı laureatları, Harvard, Berkli, MİT və digər tanınmış elm mərkəzlərinin alimləri daxildir. Şuranın məqsədi tədbirlər planı hazırlayıb, Çinin aparıcı universiteti olan Siçuan universitetini dünyanın aparıcı universitetlərinin sıralarına daxil olunmasıdır.
Asəf Haciyev çıxışında müasir elm qarşısında duran problemlərdən və onları həlli üçün lazım olan tədbirlərdən, eyni zamanda AMEA-da son illər keçirilən islahatlar haqda məlumat vermışdir.
Toplantida Asəf Haciyev Nobel mükafatı laureatı, MİT-nin professoru S.Chao Chung Tinglə görüşmüş, müasir elm qarşısında duran problemləri müzakirə etmişlər.