“Digital Economy:Digital Trade and Digital Skills” mövzusunda regional seminar keçirilmişdir
14.09.2018 / Xəbərlər14 sentyabr 2018-ci ildə Belarusiyanın Minsk şəhərində Dünya Bankinin təşkilatçiliği ilə “Digital Economy:Digital Trade and Digital Skills” mövzusunda regional seminar keçirilmişdir. Seminar Dünya Bankı və Koreyanın dəstəyi ilə Belarusiya rəqəmsal ticarət milli sisteminin, yol xəritəsinin yaradılmasına, eyni zamanda rəqəmsal tədris səviyyəsinin yüksəldilməsinə həsr edilmişdir.
Konfransın işində iştirak etmək üçün Şərqi Tərəfdaşlıq ölkələrinin nümayəndələri, Azərbaycandan AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya söbəsinin müdiri, HORİZON 2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020), Azərbaycanda HDM üzrə ekspert Tofiq Babayev və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi üzrə direktoru Rauf Cabbarov dəvət olunmuşdur.
Konfransda T. Babayev Azərbaycanda elektron ticarətin vəziyyəti ilə baglı çıxış etmişdir.
T. Babayev Azexport.az və Digital Trade Hub. barəsində məlumat vermiş və konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.