AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc alimi Belarusda beynəlxalq konfransda iştirak edib
28.09.2018 / Xəbərlər24-29 sentyabr tarixlərində Minsk şəhərində Belarus Dövlət Universiteti və Belarus Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik E.A. Barbaşinin 100 illik yubleyinə həsr olunmuş “Dinamik sistemlər: dayanıqlıq, idarəetmə, optimallaşdırma” (DSSCO’18) beynəlxalq elmi konfrans keçırilmişdir.
Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Məstəliyev də iştirak etmişdir.
Konfransda R.Məstəliyev «Необходимые условия оптимальности квазиособых управлений Необходимые условия оптимальности квазиособых управлений в стохастических системах Гурса-Дарбу» və «Необходимые условия оптимальности квазиособых управлений Необходимые условия оптимальности для одного класса стохастических систем с распределенными параметрами» mövzularında məruzələrlə çıxış etmişdir.
Hər iki məruzə konfrans iştirakçıları tərəfindən böyük marağa səbəb olmuş və mövzu ətrafında fikir mübadiləsi apparılmışdır.