Elmi şuranın növbəti iclası keçirildi
16.11.2018 / Elmi şuranın iclasları16 noyabr 2018-ci ildə ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının növbəti iclası keçirildi. İclasda 2.5 saylı “Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının, 1.9 saylı “Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının, 1.2 saylı “Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının, 1.4 saylı “Stoxаstik proseslərin identifikasiyası” laboratoriyasının, 2.2 saylı “Stoxastik idarəetmə və tətbiqi statistika” laboratoriyasının və 2.1 saylı “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının 2018-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.