VIII Gənclər Forumu
16.11.2018 / XəbərlərBakı Konqres Mərkəzində 16 noyabr tarxində keçirilmiş “Cumhuriyyətin varisləri –Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumunda elm sahəsini təmsil edən Idarəetmə Sistemləri İnstitutun kiçik elmi işçisi , həmçinin Gənc Alim və Mütəxəssislər şürasının sədr müavini Nəcəfova Lamiyə Həmzə qızı iştirak etmiş və çıxış etmişdir.
Qeyd edək ki, forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və Idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.