“Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda seminar keçirilib
04.12.2018 / Xəbərlər“Springer Nature” beynəlxalq nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.
Seminarı EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq ölkəmizdə aparılan elmi tədqiqatların beynəlxalq miqyasda önəmindən, Azərbaycan elminin dünyada təbliğindən, alimlərimizin elmi nəticələrinin aparıcı impakt faktorlu jurnallarda çapı üçün yaradılan şəraitdən danışıb.
Daha sonra “Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle çıxışında Azərbaycandan “Springer Nature” nəşriyyatına ən çox məqalənin fizika, kimya və riyaziyyat sahələrindən təqdim edildiyini söyləyib. Bundan əlavə, ölkəmizdən nəşriyyata ən çox məqalənin Azərbaycan Milli Elmlər Akademiyasının alimləri tərəfindən göndərildiyini, növbəti yerlərdə isə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin və 8-ci- yerdə AMEA İdarəetmə Sistemləri İnstitutunun qərarlaşdığını bildirib.
Idarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, i.ü.f.d. Aygün Əliyeva da iştirak etmişdir AMEA İdarəetmə.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.