AMEA-nın müxbir üzvü,i.e.d. professor, Qorxmaz İmanov Yeni (İnnovativ) Həyat Keyfiyyəti İndeksi təqdim edir
16.11.2018 / Xəbərlərİspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyası Royal Economic and Financial Sciences Akademiyasının (RACEF racef.es/es/noticias/2018/korkmaz-imanov-presenta-un-innovador-indice-de-calidad-de-vida) Azərbaycan üzrə akademiki Qorxmaz İmanov yeni həyat keyfiyyətinin indeksinin hesablama modelini hazırlamış və Noyabr ayının 15 və 16 Kral Akadimiyası tərəfindən Barselonada keçirilən XIII Beynəlxalq Konfransda təqdim etmişdir. İmanovun fikrincə hökümətlər nəinki dayanıqlı və humanistic gələcəyə zəmanət verən qanunvericiliklə, həmçinin onların mürəkkəbliklərini nəzərə alan təhlil sistemlərilə təmin edilməsini vacib bilmişdir.
" 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf üzrə 17 Məqsədləri olan 2030 Proqramı qəbul edilmişdir. Davanıqlı İnkişaf Məqsədlərinin fərqli xüsusiyyəti onların ayrılmaz, universal və dərindən humanist xarakteridir. Amma biz özümüzü uyğunluq səviyyəsini müəyyən edən bir İndekslə təchiz etməliyik "deyə Akademik yerinə yetirdiyi işdə izah edir.
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun qeyri-səlis məntiq bölməsinin rəhbəri, İmanov hazırladığı indekslə ölkədə dayanıqlı inkişaf parametrlərinin nə dərəcədə olduğunu müəyyənləşdirmişdir. Onları Unesco tərəfindən təyin olunmuş Ekoloji Sivilizasiya indeksinin rəqəmləri tamamlayır.
"Araşdırmaların nəticələri bizə hümanizmin keyfiyyətini müəyyən edən həyat keyfiyyətinin, insan kapitalının və ekoloji sivilizasiyanın səviyyələrini təyin etmək imkanı verir", - akademik məruzə etmişdir.