İSİ-nin əməkdaşı nüfuzlu beynəlxalq konfranslara dəvət alıb
14.12.2018 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun 3.4 saylı laboratoriyasının rəhbəri Robert Ə. Qarayevin, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Rəna N. Mikayılovanın, «OIL SUPPLY» MMC-nin biznesin inkişafı üzrə meneceri İslam İ. Səfərlinin və 3.4 saylı laboratoriyanın elmi işçisi Natella Y. Sadıqovanın müəllif olduğu “Müəssisələrin biznes strategiyalarının dinamik təhlili üçün koqnitiv vasitələr” («Когнитивные инструменты для динамического анализа бизнес-стратегий предприятий») adlı məqalə ETU “İqtisadiyyatın ali məktəbi” (Moskva) tərəfindən nəşr olunan “Бизнес информатика, 1 (43), 2018” jurnalında çap olunmuşdur. Jurnal Web of Science, RSCI'nin elmi bazasında indeksləşir.
Biznes informatika - informasiya texnologiyaları və menecmentin qovşağında yaranan yeni bir elmi istiqamətdir.
Məqalədə bugünkü mürəkkəb və qeyri-sabit iqtisadi şəraitdə biznes strategiyalarının koqnitiv modelləşdirilməsi üçün yeni metodologiya təklif olunur.
Təklif olunan metodologiya müxtəlif sahələrdə - iqtisadiyyat, ekologiya, sosiologiya, siyasi elm, elm, fövqəladə hallar və s. sahələrdə idarəetmə strategiyalarının gələcək tədqiqatları üçün əsas təşkil edir.
Bu nəşrin nəticələrinə görə Qarayev R.Ə. xərclərin tam ödənilməsi (qeydiyyat haqqı, otel, yemək, ziyafət, ekskursiyalar, əsərlər) ilə üç beynəlxalq konfransa əsas məruzəçi (keynote speech) kimi dəvət almışdır:
1. The 2nd International Conference on Business Economics and Finance (BEF 2019), March 23 - 25, 2019 Xi'an, China
2. The 4th International Conference on Accounting and Financial Management (AFM 2019), March 23 to 25, 2019 in Xi'an, China
3. The 4th International Conference on Innovative Development of E-commerce and Logistics(ICIDEL2018)Zhengzhou, China on October 19, 20, 2018.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun EİF-KETPL-2-2015-1(25)-56/14/1-M-47 qrant Layihəsi çərçivəsində hazırlanmışdır.