İSİ dissertantının elmi nəticələri FAO-da tətbiq edilmişdir
24.12.2018 / XəbərlərFAO-nun Strateji Planlaşdırma Ofisinin əməkdaşı, İSİ-nin dissertantı Elxan Əliyev "BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının nəzdində investisiya layihələrinin dəstəyinə və xidmətinə sərf olunan xərclərə effektiv idarəetmə üsullarının və modellərinin işlənməsi” mövzusunda dissertasiya işini tamamlamışdır. Bu elmi əsərdə FAO-nun dəstəyi ilə həyata keçirilən layihələrin xərclərinin ödənilməsi üçün yeni effektiv metod təklif edilmişdir.
Yeni metod FAO-da təcrübədən keçirilmiş və müsbət nəticə əldə edilmişdir. FAO-nun xərclərin ödənilməsi siyasətinin dəyişilməsi barədə məlumat vermişdir.
12-13 iyun 2018-ci ildə Elxan Əliyev BMT-nin Maliyyə və Büdcə Şəbəkəsinin Vyanada keçirilən 31-ci görüşündə FAO-nun xərclərin ödənilməsi siyasətinin mükəmməlləşdirilməsi barədə məlumatla çıxış etmişdir. Yeni metod BMT-nin müvafiq təşkilatlarının Maliyyə və Büdcə nümayəndələri tərəfindən maraqla qarşılanmış və tətbiq üçün tövsiyə edilmişdir. Bu barədə FAO-nun veb sahifəsində 28.11.2018-ci ildə ətraflı məlumat dərc edilmişdir.