Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib
26.12.2018 / Xəbərlər26 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunda bu müəssisənin aparıcı elmi işçisi, professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb.
Daha sonra İdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, həmin institutun İdarəetmənin riyazi məsələləri laboratoriyasının müdiri, professor İlqar Məmmədov çıxış edərək N.Əliyevi 80 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Mənbə: Professor Nihan Əliyevin 80 illik yubileyi qeyd edilib