Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
12.04.2019 / Dissertasiya şurasının iclasları12 aprel 2019-cu ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Babayeva Sevinc Tofiq qızının texnika elmləri doktoru, professor Ramin Rzayevin rəhbərliyi ilə 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisasından texnika üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün “Verilənlərin qeyri-səlis təhlili üsullarının istifadəsi ilə Kommersiya Banklarının Maliyyə dayanıqlığının kompleks qiymətləndirilməsi və monitorinqi” mövzusunda təqdim olunmuş dissertasiya işinin ilkin müzakirəsi keçirildi.