AMEA-da “Horizon-2020” proqramına müraciətlə bağlı maarifləndirici seminar keçirilib
22.01.2019 / XəbərlərAMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları ilə bağlı növbəti maarifləndirici seminar keçirilib. Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.
İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əlaqələr və İnnovasiyalar” söbəsinin müdiri və “Horizon-2020” proqramının Hüquq və Maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verdi. Sonda Tofiq Babayev iştirakçıları maraqlandıran sualları cavablandırdı.
science.gov.az/news/open/9581