Rəqəmsal bazarların harmonizasiyası üzrə 4-cü panel iclası keçirildi
07.02.2019 / Xəbərlər7 Fevral 2019-ci il tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında Rəgəmsal bazarların üyğunlaşdırılması layihəsi çərçivəsində “İqtisadi inkişaf və bazar imkanları” 2 platforma üzrə 4-cü Panel (4th HDM Panel) iclası keçirilmişdir.
İclasda aşağldakı tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir:
1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rəşad Əzizov;
2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondun direktor müavini Azər Bayramov;
3. AMEA İSİ-nin Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının qanunvericilik və maliyyə üzrə milli təmsilçisi, elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev;
4. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş mütəxəssisi Xəyalə Paşazadə.
Günün birinci yarısında ilin əvvəlində başlanan EU4Digital layihəsinin iş planı müzakirə olundu, daha sonra isə EU4Digital Networks koordinatorları həyata keçirilən və planlaşdırılan işlər haqqında məlumat verdi.
Bu bölmə çərçivəsində Rəşad Əzizov Şərq Tərəfdaşlığı ölkələrində İKT innovasiya ekosistemlərinin şəbəkəsi statusu haqqında məruzə ilə çıxış etdi.
Günün ikinci yarısında ŞT ölkələrində yeni regional kiber-təhlükəsizlik proqramı və ŞT ölkələr arasında regional rouminq razılaşması "Yol xəritəsi” sənədlərinin layihələri müzakirə edildi.
Daha sonra 28 Fevral 2019-cu il Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək Rəqəmsal İqtisadiyyat üzrə 3-cü Nazirlər toplantısının bəyannaməsinin layihəsi müzakirə olundu.
DESİ hesabatının müzakirəsi çərçivəsində T. Babayev, AK-nın eksperti qismində Azərbaycanda bu göstəricilərin əhatə dairəsi ilə bağlı araşdırmanın nəticələri barədə məlumat verdi.
Sonda Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi (DESI) üzrə tədqiqatın yekun hesabatları və tövsiyələri təqdim olunmuş və müzakirə edilmişdir.