“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinə aid seminar keçirilmişdir
18.02.2019 / Xəbərlər18 fevral 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminarda AMEA YTP, STEPI, Koreyanın Hoseo və Honbat Universitetlərin mütəxəssisləri tərəfindən Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırlması sahəsində Koreya təcrübəsinə dair təqdimatlar (Azərbaycan dilinə tərcümə ilə) edilmişdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları elmi işçi Valeriya Puşnova və böyük laborant Əsmət Verdiyeva iştrak etmişdilər.