“QADINLAR İKT-DƏ” Respublika elmi – praktiki konfransı keçirildi
25.04.2019 / Xəbərlər25 aprel 2019-cu ildə AMEA- nın İnformasiya Texnologiyaları İnstitutunda “ QADINLAR İKT-DƏ BEYNƏLXALQ GÜNÜ ” nə həsr edilmiş Respublika elmi – praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə AMEA- nın prezidenti, akademik Akif Əlizadə açıq elan etdi.
İclasda “Ailə, qadın və uşaq problemləri komitəsi”nin sədri, siyasi elmlər üzrə elmlər doktoru, professor Hicran Hüseynova, AMEA Qadınlar Şurasının sədri Rəna Mirzəzadə, AMEA- nın müxbir üzvü t.e.d, professor Məsumə Məmmədova, Filologiya üzrə f.d. Hikmət Quliyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış etdilər.
İdarəetmə Sistemləri İnsitutunun “ İntellektual Sistemələr ” laboratoriyasının rəhbəri , r.ü.f.d Gülçin Abdullayeva “Qadınlar İKT- də, beynəlxalq aləmdə və ölkəmizdə mənzərə” mövzusu ilə çıxış etdi və konfransın sədrləri və iştirakçıları tərəfindən böyük marağa səbəb oldu.
İdarəetmə Sistemləri İnstitutunun elmi katibi Əzizova Zəhra və “ Qadınlar Şurasının ” sədri , t.ü.f.d., dos. Əsədova Rəna Şərif qızı da konfransda iştirak etmək üçün dəvət olunmuşdular.