AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorluq imtahanlarının qəbulu keçirilir
15.05.2019 / XəbərlərAMEA-nın Prezidentinin 22 aprel 2019-cu il tarixli 200 №-li “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda doktorant və dissertantlardan doktorluq imtahanlarının qəbulu keçirilir. 14, 15 və 16 may 2019-cu il tarixlərində keçiriləcək imtahanlarda 1203.01– “Kompüter elmləri” və 3338.01– “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə 7 doktorant və dissertant iştirak edəcək.