Magistrlik dissertasiyalarının müzakirəsi keçirilmişdir
24.05.2019 / Xəbərlər17, 22 və 24 may 2019-cu il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.4 saylı “Stoxаstik proseslərin identifikasiyası”, 1.7 saylı “İnformasiyanın intellektual emalı sistemləri”, 3.5 saylı “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” və 2.5 saylı “Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyalarının iclaslarında İnstitutun 060509 – “Kompüter elmləri” ixtisası üzrə təhsil alan magistrantlarının magistrlik dissertasiya işlərinin müzakirəsi keçirilmişdir. Magistrantlar Fətəliyev İlyas Elşad oğlu, Məlikzadə Zümrüd İmran qızı, Əliyev Yadigar Arif oğlu və Babayeva Vüsalə Cahid qızı hazırladıqları təqdimatlar əsasında öz işlərini təqdim etdilər və müzakirə zamanı onlara verilən suallara cavab verdilər. İclasda magistrlik dissertasiya işlərinin qoyulan tələblərə tam cavab verməsi qeyd olundu və yekunda qəbul olunan qərarlara əsasən müdafiəyə çıxarılması tövsiyə olundu.