İSİ-nin əməkdaşı Beynəlxalq konfransda çıxış etdi
30.04.2019 / XəbərlərProf. Ayda-zadə K.R. 23-30 aprel 2019-cu il tarixində Rusiyanın Omsk şəhərində keçirilən RAN-nın akademiki Yu. Q. Yevtuşenkonun anadan olmasının 80 illiyinə həsr edilmiş “Tətbiqi riyaziyyat və fundamental informatika” IX Beynəlxalq elmi-praktik gənclər konfransında iştirak etmişdir. O, konfransda “Sərhəd şərtləri ilə əlaqəli blok strukturlu diferensial tənliklər sisteminin optimal idarə olunması” (Əşrəfova Y.R. ilə) mövzusunda plenar məruzə ilə, “Ali məktəblərdə dərs cədvəlinin tərtibi və analizi kompüter sistemi haqqında” (Rzayeva S.M. ilə), “Qeyri-lokal şərtli yüklənmiş diskret sistemlərin idarə olunması məsələsinin həlli” (Abdullayev V.M. ilə), “Mətnlərin müəlliflərinin tanınması üçün əlamətlərin və üsulların müqayisəsi” (Talıbov S.H. ilə), “Parabolik tənlik üçün tərs məsələlər sinfinin həllinə düz xətlər üsulunun tətbiqi haqqında” (Rəhimov A.B. ilə) mövzularında isə seksiya məruzələri ilə çıxış etmişdir.