Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar keçirildi
30.05.2019 / Xəbərlər30 may 2019-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Kəsr tərtibdən diferensiallama və inteqrallama və onlara aid illustrativ misal və məsələlər” mövzusunda məruzə edib.
Mənbə: http://www.imm.az